Xəbərlər

Dakar-2026: Süleyman İsmayılzadə çıxışını başa vurub

03 noyabr 2026 - 14:37 36

Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

Bayraqdarımız 400 metr məsafəyə sərbəst üsulla üzmədə çıxış edib.

 

Təmsilçimiz məsafəni 3:59.46 saniyəyə qət edərək final mərhələsini 8-ci pillədə başa vurub.

 

Süleyman İsmayılzadə noyabrın 6-da 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında da mübarizə aparacaq. 

 

Qeyd edək ki, Dakar-2026-da iştirak edən Azərbaycan komandasının aktivində hazırda bir qızıl medal var. Yeganə medalı komandamıza cüdo yarışlarında İbrahim Talıbov (-55 kq) qazandırıb.