Xəbərlər

Dakar-2026: Bayraqdarımız bu gün üzgüçülük yarışlarında mübarizəyə başlayır

02 noyabr 2026 - 11:37 28

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir. 

 

Bu gün Azərbaycan komandasının üzgüçüsü Məryəm Cavadova Dakar-2026-da mübarizəyə başlayacaq. Bayraqdarımız 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edəcək. Komandamızın üzvü Bakı vaxtı ilə saat 14:11-dən etibarən beşinci yürüşdə yarışa qoşulacaq.  

 

Qeyd edək ki, Dakar-2026-da iştirak edən Azərbaycan komandasının aktivində hazırda bir qızıl medal var. Yeganə medalı komandamıza ötən gün cüdo yarışlarında İbrahim Talıbov (-55 kq) qazandırıb. 

 

Noyabrın 13-dək davam edəcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.