Məmmədyarov “Oslo Esports Cup”da mübarizəyə başlayır
22 aprel 2022 778

Bu gün şahmat üzrə Çempionlar Turunun “Oslo Esports Cup” mərhələsinin yarışları start götürəcək.
Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Şahmatçımızla yanaşı, yarışa hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, Yan Kşiştov Duda (Polşa), Niderland təmsilçiləri Aniş Giri, Yorden Van Forrest, Hindistan şahmatçısı Praqnanandha Rameşbabu, vyetnamlı Le Quanq Liyem, kanadalı Erik Hansen iştirak edəcək.
Reqlamentə əsasən hər turda iştirakçılar rapid üzrə (15 dəqiqə +10 saniyə) 4 partiyadan ibarət matçda mübarizə aparacaqlar. İştirakçılar hər gün yalnız 1 rəqiblə qarşılaşacaq. İlk turda Şəhriyar Məmmədyarovun rəqibi vyetnamlı Le Quanq Liyem olacaq.
Turnir aprelin 28-dək davam edəcək.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı