Minsk şəhərində II Avropa Oyunlarının iclası keçirilir
11 iyul 2018 790
II Avropa Oyunları Minsk 2019-un nümayəndə heyətlərinin rəhbərlərinin iclası işinə başlayıb.
Tədbirdə Milli Olimpiya Komitəsinin idman şöbəsinin rəisi Həsənağa Rzayev Azərbaycanı təmsil edir.
10-12 iyul tarixlərini əhatə edən iclasda iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, rəsmilər, II Avropa Oyunlarının və Avropa Olimpiya Komitəsinin rəhbərliyi iştirak edir.
Tədbir çərçivəsində yarış obyektlərinin, iştirakçı ölkələr və təşkilatçlar tərəfindən təqdimatların keçirilməsi nəzərdə tutulur. Həmçinin, tədbir iştirakçıları Atletlər Kəndi və müxtəlif yarış obyetləri ilə tanış olacaqdır. Tədbir 12 iyul mətbuat konfransı ilə sonlanacaqdır.
Xatırladaq ki, Minsk 2019 Avropa Oyunları 21-30 iyun 2019-cu ildə Belarus Respublikasında keçiriləcək.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı