Xəbərlər

MOK Olimpiya Qaçış gününü qeyd etdi

30 iyun 2017 493

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), “Bir” tələbə könüllü proqramı və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyi ilə Dənizkənarı Bulvarda “ Olimpiya Qaçış Günü” keçirildi. Müasir Olimpiya hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunması münasibətilə Olimpiya bayramında qaçış yarışları təşkil edildi.

Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.

MOK-un vitse prezidenti Çingiz Hüseynzadə qeyd etdi: “Milli Olimpiya Komitəsi 1996-cı ildən Beynəlxalq Olimpiya Gününü hər il qeyd edir və bu gün aramızda olan fəal gənclərin idmana olan marağı bizləri sevindirir. Hər il Olimpiya Günü bütün dünyaya idman sevincini bölüşmək, idman növləri ilə məşğul olmaq və Olimpiya Dəyərləri ətrafında birləşməyə imkan verir. Tədbirdə iştirk edən hər bir kəsə təşəkkürümü bildirir, uğurlar arzu edirəm.

“Olimpiya Günü”nün fəxri qonağı olan Olimpiya çempionları Rəfiqə Şabanova, İradə Aşumova, Zemfira Mehtəhətdinova, Fərid Mansurov, Namiq Abdullayev fiziki aktivliyin gündəlik həyatda vacib rolunu qeyd etdilər.

Beynəlxalq Olimpiya Günündə 500-ə yaxın gənclər və veteran idmançılar yarışda iştirak etmişlər. Yarışlarda ilk üç yeri tutan iştirakcılar xüsusi mükafatlar və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) diplomları ilə təltif olunmuşlar. Bütün iştirakçılar BOK-nin qaçışda iştirakı təsdiq edən sertifikatını almışlar.

 

Müasir Olimpiya hərəkatı və Olimpiya Qaçış gününün tarixçəsi:

Müasir Olimpiya Hərəkatı (Oyunları) 23 iyun 1894-cü ildə təsis olundu. Parisdə toplaşan 12 ölkənin nümayəndə heyətləri Pyer de Kuberten Olimpiya Oyunlarını canlandırmaq təklifini dəstəkləməyə yekdilliklə səs verib.

23 İyun 1984 birinci Dünya Olimpiya Günü – Birinci Dünya Olimpiya Günü Avstriya, Belçika, Kanada, Böyük Britaniya, Yunanıstan, Portuqaliya, İsveçrə, Uruqvay və Venesuela ölkələrin Milli Olimpiya Komitələri tərəfindən mərasimlərin keçirilməsi ilə yadda qaldı.

1978-ci il Olimpiya Xartiyasına Daxil Edilməsi – Olimpiya Xartiyası ilk dəfə olaraq tövsiyə edir ki, bütün MOK-lar Olimpiya Hərəkatının təbliği üçün Olimpiya Günü təşkil etsinlər. Bütün həftə ərzində tədbirlər təşkili ideyası Olimpiya Xartiyasının 1990 versiyasına əlavə olunub.

23 İyun 1987 Olimpiya Qaçış Günü – Olimpiya Qaçış Günü konsepsiyası BOK-un İdman hamı üçün Komissiyası tərəfə başlanıb. Birinci Olimpiya Qaçış Günü 10 km məsafədə 45 MOK-un iştirakı ilə keçirilib.

23 İyun 2008 60 illik Yubiley – Olimpiya Günü bayramıdır ! Bu illər ərzində, bu gün Olimpiya Hərəkatının qeyd olunduğu dünyəvi bir tədbirə çevrildi və dünyaya Olimpiya dəyərlərinin yayılmasına kömək etdi.

Mart 2009 “hərəkət etmək, öyrənmək və kəşf etmək” – “hərəkət etmək, öyrənmək və kəşf etmək” müddəaları fəaliyyət sahəsini genişləndirmək ücün Olimpiya günündə təklif olunub.