MOK-un baş katibi EYOF Komissiyasının iclasında ölkəmizi təmsil edib
05 aprel 2024 886
Aprelin 4-də İslandiyanın paytaxtı Reykyavikdə Avropa Gənclər Olimpiya Festivalının (EYOF) komissiyasının iclası keçirilib. Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, EYOF komissiyasının üzvü Azər Əliyev də iştirak edib.
İclasda Bakhuriani-2025 Qış və Skopye-2025 Yay Olimpiya festivallarının gedişatı ilə bağlı ətraflı məlumat verilib.
Bundan əlavə görüşdə EYOF-un gələcək plan və strategiyaları, gənc səfirlər, idmançıların təhlükəsizliyi və qarşıdakı digər yarışlar haqqında müzakirələr aparılıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

