MOK-un nümayəndəsi EYOF-un missiya rəhbərlərinin görüşündə iştirak edib
10 aprel 2025 520

Aprelin 9-dan 10-dək Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropa Gənclər Yay Olimpiya Festivalının missiya rəhbərlərinin görüşü keçirilib.
40-dan çox ölkənin iştirak etdiyi görüşdə ölkəmizi Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev təmsil edib.
Festivalın keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları həmçinin təşkilati məsələləri, atletərin yeləşdirilməsi və yaradılan şəraitlə də bağlı müzakirələr aparıblar.
Azərbaycan komandası 10 idman növündə (gimnastika, cüdo, üzgüçülük, velosiped, stolüstü tennis, atletika, badminton, taekvondo, dağ velosipedi, atıcılıq) 55 idmançı ilə yarışlarda iştirak edəcək.
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı 20-26 iyul tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osijek şəhərlərində keçiriləcək.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı