MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə AOK-un Olimpiya Oyunları Komissiyasının iclası keçiriləcək.
16 yanvar 2020 1060
17 yanvar 2020-ci il tarixində İsveçrənin Lozanna şəhərində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçiriləcək.
Milli Olimpiya Komitələrinin Assosiyasiyasının (ANOK) baş qərargahında keçiriləcək bu iclasda Avropa idman modeli, Tokio 2020 Yay Olimpiya Oyunlarına hazırlıqlar, Avropa Olimpiya Komitəsinin Şamorin iclası, Olimpiya Xartiyasının 40-cı və 50-ci maddələri müzakirə olunacaq məsələlər siyahısındadır.
Qeyd edək ki, bu komissiyanın üzvlərinə Belarusiya, İspaniya, İtaliya, Almaniya, Yunanıstan, Kosova, Polşa, Rusiya, Malta, Norveç, San Marino, Moldova və Böyük Britaniya kimi ölkələrdən nümayəndələr daxildir.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı