MOK-un yazı müsabiqəsinin qalibləri müəyyənləşdi
22 iyul 2020 1290

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Olimpiya Oyunları – Uğur Hekayələri” mövzusunda yazı müsabiqəsinin qaliblərinin adı məlum oldu. Müsabiqəyə idmançıların mübariz və cəsarətli addmları ilə müşayiət olunan həyat yolundan, Olimpiya Oyunlarına qatılan idmançıların uğur hekayələrindən bəhs edən araşdırma yazılar təqdim olunub.
Münsiflər heyəti Sənan Abdullayevin (Xəzərxəbər.az) Fuad Aslanova (boks) həsr olunan “Afina kəşfiyyatçısı” yazısını 1-ci yer, Sahib Əsədbəylinin (Kaspi.az) İlham Zəkiyevə (cüdo) həsr olunan “Zirvənin yolunu gözüyumulu tapan əsl qəhrəman” yazısını 2-ci yer, Səbuhi Musayev (Oxu.az) Şahin İmranova həsr olunan “Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi” yazısını 3-cü yerə layiq görüb. Jurnalistlərə, müvafiq olaraq, 500, 300 və 200 manat pul mükafatı, eləcə də, diplomlar təqdim olunacaq.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı