Mövlud Mirəliyev: “Ağacəkmə aksiyasının mahiyyəti gənclərdə təbiətə sevgi yaratmaqdır”
04 mart 2025 814
“Artıq 20 ildir, 5 mart tarixi Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir”.
Bu sözləri Pekin-2008 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının bürünc mükafatçısı Mövlud Mirəliyev “Hərbi Qənimətlər Parkı”nda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə MOK-un təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası zamanı deyib.
O, qeyd edib ki, aksiyaya qoşulmaqda məqsəd təbiəti qorumaqdır.
“Ağacəkmə aksiyasının mahiyyəti təkcə ağac əkmək yox, təbiətimizi qorumaq, gənclərdə təbiətə sevgi yaratmaqdır. Bu, həm də bizim sağlamlığımıza olan xidmətdir. Bu gün Milli Olimpiya Komitəsinin təşəbbüssü ilə “Hərbi Qənimətlər Parkı”nda keçirilən belə bir aksiyada iştirak etməkdən məmnunam. Fürsətdən istifadə edib 5 Mart – Bədən Tərbiyəsi günü münasibəti ilə idmançılarımızı və idman ictimaiyyətinin nümayəndələrini təbrik edir, onlara uğurlar arzulayıram”, - deyə Mövlud Mirəliyev bildirib.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı