Namiq Abaslı Tokiodan bürünc medalla qayıdır
27 avqust 2021 868

Tokio-2020 Yay Paralimpiya Oyunlarında təmsilçimiz Namiq Abbaslı bürünc medala yiyələnib.
-66 kq-da çıxış edənn təmsilçimiz ilk görüşdə Bannon İbanesə (İspaniya) məğlub olub. Rəqib finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və Viktor Rudenkonu (Rusiya Paralimpiya Komitəsi) üstələyən N.Abaslı bürünc medal uğrunda görüşdə Ukrayna idmançısı David Xorava ilə qarşılaşıb. Rəqibini məğlub edən N.Abaslı Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.
Bu gün paracüdoçularımız Şəhanə Hacıyeva (48 kq), Vüqar Şirinli (66 kq) və üzgüçümüz Raman Saleh (100 metr məsafəyə arxasıüstə üzgüçülük) qızıl medala sahib olublar. Azərbaycan komandasının aktivinə digər medalı Pərvin Məmmədov (49 kq) yazdırıb. Pauerliftinqçimiz bürünc medala sahib olub.
Bənzər xəbərlər

Azərbaycan Badminton Federasiyası Afrikada badmintonun inkişafına dəstək olacaq
Azərbaycan Badminton Federasiyası Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli ... Ətraflı

İlk yarış gününə yekun vuruldu
May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr ... Ətraflı