Xəbərlər

Nəriman Abdullayev boksçuların çıxışını dəyərləndirdi

24 iyul 2021 996

Boks üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nəriman Abdullayev yığmanın üzvləri Tayfur Əliyev (57 kq) və Lorenzo Sotomayorun (69 kq) Tokio Olimpiadasında çıxışını dəyərləndirib:


"Tayfur döyüşün birinci raundunda qalib gəlmişdi. Raundun axırında zərbə buraxdı. Zərbə bir az ağır alındı. İkinci raundda döyüş öz xarakterini dəyişdi. Bəli, razıyam, bu raundu uduzdu. Üçüncü raunddan bir qədər narazıyıq. Bu raundda hər iki tərəfə qələbə vermək olardı. Tayfur ikinci raundu əldən verməsə, qalib gələ bilərdi. İkinci raund elə davam etdi ki, bu hesabdan geri-dönüş alınmadı. Lorenzo isə daha yaxşı döyüşə bilərdi. Üçüncü raundda boksçumuzun döyüşündə müsbət dəyişiklik vardı, lakin qaşı zədələndiyi üçün hakimlər görüşü yarımçıq dayandırdılar".