Osman Nurmaqomedov: "Parisdə bir deyil, bir neçə qızıl medal qazana bilərik"
07 aprel 2024 936
“Qarşıdakı hədəfim Paris Olimpiya Oyunlarıdır. Komandamız bu qələbələrlə göstərdi ki, yaxşı formadadır”
Bu sözləri Bakıda təşkil olunan Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək Paris Olimpiadasına lisenziya qazanan sərbəst güləşçimiz Osman Nurmaqomedov jurnalistlərə açıqlamasında deyib.
Sərbəst güləşçimiz əldə etdiyi qələbəyə görə məşqşilər heyətinə minnətdarlığını bildirib: "Azərbaycan mənim ikinci vətənimdir. 8 ildir ki, Bakıda yaşayıram. Bura məni mənəvi böyük qardaşım Şərif Şərifov gətirib. Qazandığım bu qələbədə məşqçilər heyətinin böyük rolu var. Bu cür davamlı dəstək olacaqsa, Parisdə bir deyil, bir neçə qızıl medal qazana bilərik. Yunan-Roma və qadın güləşçilərimiz üzülməsinlər. Onların bəxti gətirmədi. İnanıram ki, gələn ay İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində onlar da uğurlu olacaqlar. Biz daim bir-birimizə dəstək veririk, yaxşı və dar gündə bir yerdəyik".
Xatırladaq ki, Osman Nurmaqomedov təsnifat mərhələsində Domantas Pavluçenkoya (Litva), 1/8 finalda Samuel Şerrerə (İsveçrə), 1/4 finalda Maqomed Ramazanova (Bolqarıstan), yarımfinalda isə Vasili Mixayloya qalib gələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı