Xəbərlər

Parabadmintonçumuz İbrahim Əliyev qoşa yarışında gümüş, şəxsi kateqoriyada isə bürünc medal qazanıb

10 iyul 2023 229

Parabadmintonçumuz İbrahim Əliyev Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Uganda Para Badminton International 2023” turnirində kişilərin qoşa yarışında gümüş, şəxsi kateqoriyada isə bürünc medal qazanıb.

Parabadminton üzrə milli komandamızın üzvü İbrahim Əliyev “Level 3” seriyalı turnirdə şəxsi mübarizədə qrup mərhələsini mütləq nəticə (2 qələbə) ilə başa vuraraq pley-offa yüksəlib. “A” qrupunda yarışan İbrahim uqandalı Sabasi Kunya (21-8,21-5) və hindistanlı Ravi Pala (21-17,22-20) qalib gəlib. Yarımfinalda digər Hindistan təmsilçisi Vanş Upadhyayla qarşılaşan parabadmintonçumuz 3 set davam edən gərgin qarşılaşmada rəqibinə 1:2 (12-21,21-19,14-21) hesabı ilə uduzaraq bürünc medala sahib çıxıb.

Kişi parabadmintonçuların qoşa kateqoriyasında hindistanlı Dev Rathi ilə birgə mübarizə aparan İbrahim qrupda İspaniya,Uqanda və Hindistanı təmsil edən rəqiblərinə qalib gələrək pley-offa adlayıb. Qoşa kateqoriyada yarmfinalda Misir parabadmintonçularını mübarizədən kənarlaşdıran İbrahim Əliyev-Dev Rathi tandemi 3 set davam edən final qarşılaşmasında Ravi Pal-Vanş Upadhyay (Hindistan) cütünə 1:2 (21-23,21-10,17-21) hesabı ilə məğlub olaraq gümüş medala layiq görülüb.

Xatırladaq ki, İbrahim ötən il də qeyd olunan turnirdə şəxsi yarışda bürünc medal qazanmışdı.