Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb
02 avqust 2024 682
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı təsəlliverici qarşılaşmada dünya çempionu, Endi Qranda (Kuba) ilə qarşılaşıb.
Rəqibinə məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.
Beləliklə, Paris Olimpiadasına 9 (2 qadın, 7 kişi) cüdo ilə yollanan millimiz Oyunları 2 qızıl medalla başa vurub. Komandamıza qızıl medalları yarışlarının əvvəlki günlərində tatami üzərinə çıxan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazandırıb.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı