Parisin ictimai nəqliyyat sistemi Olimpiadaya hazır deyil
27 yanvar 2024 1078

Paris şəhərinin meri Ann Hidalqo bildirib ki, Paris ictimai nəqliyyat sistemi qarşıdan gələn Yay Olimpiya Oyunları zamanı bütün qonaqları qəbul etməyə hələ hazır deyil. "Şübhəsiz ki, təkmilləşdirməyə ehtiyacı olan şeylər var. İnsanlara yalan danışmağın mənası yoxdur. Hər gün ictimai nəqliyyatda problem yaşayırlar. Olimpiya Oyunları zamanı şəhərdə hərəkət etmək mümkün olacaqmı? Bəli. Bununla belə, ictimai nəqliyyatla bağlı hələ də kifayət qədər problemlərimiz var, işimizi davam etdirməliyik, çünki biz hələ tam hazır deyilik, - mer "Kanal 2”yə bildirib.
Xatırladaq ki, Paris Olimpiadası bu il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı