Pirallahı adasında “IronWind Duatlon” adlı turnir keçiriləcək
21 aprel 2022 1414

Aprelin 24-də Pirallahı adasında yerləşən Nərəkənd parkının (Nərəkənd İstirahət Mərkəzi) ərazisində “IronWind Duatlon” adlı turnir keçiriləcək.
Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə “Triterra Baku Triathlon Club” tərəfindən keçirilir.
Duatlon 3 mərhələdən ibarətdir. İdmançılar 5 kilometr qaçmalı, 20 kilometr velosiped sürməli və sonra isə 2,5 kilometr qaçmalı olacaqlar.
Turnir həm fərdi həm də estafet formatında baş tutacaq.
IronWind Duatlon yariş cədvəli:
24 aprel
09:00 - Yarışın başlanqıcı
11.00 - Yarışın sonu
11:30 - Mükafatlandırma mərasimi
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı