"Prezident Kuboku-2025": Avarçəkənlərimiz ilk yarış gününü üç medalla başa vurdular
30 aprel 2025 697
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının birinci yarış gününə yekun vurulub.
Olympic.az xəbər verir ki, Suqovuşan su anbarında təşkil olunan turnirin ilk günündə 200 metr məsafədə kayak-kanoe yarışları keçirilib.
Azerbaycan idmançıları ilk yarış gününü üç bürünc medalla başa vurublar.
Komandamızın üzvlərindən Amil Ramazanov 2007-2008-ci illər təvəllüdlü birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.
Əlimurad Hacızadə isə 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə bürünc medala sahib çıxıb.
Günün sonuncu bürünc medalını isə komandamızın aktivinə Mustafa Vəlizadə 2011-2012-ci illər təvəllüdlü idmançıların yarışında Mustafa Vəlizadə birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə qazanıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı





