“Prezident Kuboku”nda iştirak edəcək Azərbaycan parataekvondoçuları bəlli olub
24 aprel 2025 614
Azərbaycan parataekvondoçuları Çinin Taiyan şəhərində keçiriləcək “Prezident Kuboku”nda iştirak edəcəklər.
Milli Paralimpiya Komitəsindən bildirilib ki, ölkəmizi turnirdə K44 kateqoriyasında Sabir Zeynalov (58 kiloqram), Amin Şıxalıyev (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Orxan Cəfərov (80 kiloqram) təmsil edəcəklər.
Aprelin 25-də təşkil olunacaq yarış “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı