Qadın güləşçimiz lisenziya turnirində mübarizəni dayandırdı
06 aprel 2024 907
Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində ikinci yarış gününə start verilib.
Bu gün turnirdə qadın güləşçilər mübarizəyə başlayıblar. Turnirdə ilk olaraq 62 kq çəki dərəcəsində çıxış edən Birgül Soltanova qüvvəsini sınayıb.
Təəssüf ki, idmançımızın çıxışı uğursuz alınıb. Belə ki, təsnifat mərhələsində fransalı Amelin Duarre ilə üz-üzə gələn qadın güləşçimiz rəqibinə 4:6 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Bu gün daha dörd qadın güləşçimiz lisenziya turnirində mübarizə aparacaq.
Turnirə aprelin 7-də sərbəst güləşçilərin mübarizəsi ilə yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı