Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt dəqiqləşib
28 yanvar 2023 799

Qadın voleybolçuların Yüksək Liqasında II dövrəyə yanvarın 30-da start veriləcək. Həmin gün IV tur çərçivəsində “Murov” - “Azərreyl” və UNEC - “Abşeron” matçları baş tutacaq. Görüşlər müvafiq olaraq saat 16:00-da və 18:00-da start götürəcək.
Yanvarın 31-də isə kişi voleybolçuların Yüksək Liqasında II turdan təxirə salınan “Neftçi” - “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma isə saat 16:00-da başlanacaq.
Qeyd edək ki, qarşılaşmalar Voleybol Mərkəzində təşkil olunacaq.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı