Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında təxirə salınan II turun oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Bu qarşılaşmalar yanvarın 22-nə təyin olunub
19 yanvar 2023 933

Həmin gün ilk olaraq qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” - UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.
Eyni gündə kişi voleybolçuların Yüksək Liqasında II turun təxirə salınan “Neftçi” - “Xarı bülbül” oyunu da keçiriləcək. Bu qarşılaşma isə saat 18:00-da başlanacaq.
Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, bu oyunların yanvarın 12 və 13-də keçirilməsi nəzərdə tutulsa da UNEC və "Neftçi" klublarının bir çox voleybolçusunun qrip və yüksək hərarətdən əziyyət çəkməsi səbəbindən təxirə salınmışdır.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı