Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Sloveniyaya yollanıb. Eldar Yusubovun çalışdırdığı yığma mayın 30-dan başladığı məşqləri Mariborda davam etdirəcək
18 iyul 2022 957

Voleybolçularımız burada İslam Həmrəyliyi Oyunlarına və AVRO-2023-ün təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsini keçəcəklər. Mariborda toplanış iyulun 31-də yekunlaşacaq. Hazırlıq çərçivəsində millinin Sloveniya yığması ilə bir neçə yoxlama matçı da planlaşdırılır.
Qeyd edək ki, voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya, İslam Həmrəyliyi Oyunlarında isə B qrupunda Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə üz-üzə gələcək.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı