Qadınlardan ibarət sablya üzrə Azərbaycan millisi Dünya Kubokunda doqquzuncu olub
04 mart 2024 756
Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Dünya Kubokunda doqquzuncu olub.
Yarışda mübarizə aparan Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət kollektiv ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Bolqarıstan millisinə 44:45 hesabı ilə uduzub.
Yığma 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Meksika (45:39), Yunanıstan (45:34) və Polşa (45:44) sablyaçılarına qalib gəlib.
Qadın sablyaçıların şəxsi yarışında yalnız Palina Kaspiaroviç ən güclü “32-liy”ə kimi irəliləməyi bacarıb.
Bənzər xəbərlər
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fevralın 6-da İtaliyanın Milan şəhərindəki məşhur “San Siro” stadionunda Milan-Kortina-2026 ... Ətraflı
Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı