Qılıncoynatma üzrə milli komandamızın lideri Anna Başta beynəlxalq turnirində qızıl medal qazanıb!
01 oktyabr 2023 832
Qılıncoynatma üzrə milli komandamızın lideri Anna Başta Belçikanın Gent şəhərində keçirilən 25-ci "Flemish Open Championships" beynəlxalq turnirində qızıl medal qazanıb!
Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Anna qadın sablyaçıların yarışında finala gedən yolda italiyalı Marqarita Collonna (15:7), Fransa sablyaçıları Şarlott Lembax (15:8) və Luise Kleyn (15:7), Böyük Britaniya təmsilçisi Maksvell Caitlini (15:14) mübarizədən kənarlaşdırıb. Anna finalda qadın sablyaçıların dünya reytinqində dördüncü olan Yunanıstan qılıncoynadanı Despina Georgiadonu 15:4 hesabı ilə məğlub edərək turnirin qızıl medalını qazanıb.
70-ə yaxın qadın sablyaçının yarışdığı turnirdə Palina Kaspiaroviç və Zərifə Hüseynova ümumi sıralamada ilk onluqda yer almağı bacarıb. Səbinə Kərimova 11, Valeriya Bolşakova 22, Sevil Bünyatova isə 25-ci olub.
Bənzər xəbərlər
Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı
Qış Olimpiya Oyunları: Azərbaycan nümayəndə heyəti paraddan 11-ci keçəcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı