Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Tunisdə keçirilən Dünya Kubokunda 5-ci olub!
09 may 2022 84

Bu gün Tunisin Hammamet şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınların Dünya Kubokunda komanda yarışına yekun vurulub.
Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv ilk görüşdə Özbəkistan komandasına 45:32 hesabı ilə qalib gələrək ən güclü 16-lığa yüksəlib. Növbəti görüşündə İspaniyanı təmsil edən seçmə kollektivlə qarşılaşan qadın sablyaçılarımız güclü rəqiblə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşü 45:44 hesablı qələbə ilə başa vurub.
Komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Fransa yığmasına 34:45 hesabı ilə uduzub.
5-6-cı yerlər uğrunda keçirilən görüşlərdə Bolqarıstan komandasına 45:37 hesabı ilə qalib gələn sablyaçılarımız ardınca Polşa yığmasını 45:42 hesabı ilə məğlub edərək Dünya Kubokunda 5-ci olub!
Bənzər xəbərlər

MOK-un 30 illik yubileyinə həsr olunmuş ağır atletika üzrə kubok yarışı keçirilib
İyulun 2-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış ... Ətraflı

Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcək
Pərviz Səmədovun baş məşqçisi olduğu komanda hazırlığın növbəti mərhələsini Belarusun ... Ətraflı