"Sabah" komandası artıq çempionatın lidərinə tək şərikdir
04 mart 2023 1240

4 mart "Sərhədçi" İdman Mərkəzində, 20-ci turun iki oyunu keçirildi. Günün ilk oyunu "AAAF Xırdalan" və "Olimpik Şəki" basketbolçuları arasında baş tutdu. Oyunun ilk hissəsində başa-baş mübarizə getsə də, ikinci hissədə xırdalanlılar üstünlüyü ələ alaraq 100-77 hesablı qələbə qazandılar. Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" ( Deymon Makdouel - 35 xal, 6 ribaund ), "Olimpik Şəki BK" ( Larri Robinson - 31 xal, 5 asist) Günün ikinci oyununda iki paytaxt komandası "Sabah BK" və "Sərhədçi PİK" üz-üzə gəldilər. Əlavə vaxta gedən gərgin oyunun sonunda "Sabah" basketbolçuları 100-92 hesablı qələbəyə sevindilər. Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Entoni Patti - 23 xal, 9 ribaund ), "Sərhədçi PİK" ( Brendon Miller - 24 xal, 6 asist )
Qeyd edək ki, turun son oyunu 5 mart Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara BK" - "Neftçi İK" arasında baş tutacaq
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı