"Sabah" pley-off seriyasındakı ilk qələbəsini qazanıb
12 may 2023 672

5 may "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsinə start verilib. Yarımfinal seriyasının ilk oyununda "Sabah" və "AAAF Xırdalan" komandaları qarşılaşıblar. Oyuna sürətli başlayan "Sabah" basketbolçuları yekunda 86-71 hesablı qələbə qazanıblar. Bu qələbə ilə "Sabah" seriyada 1-0 önə keçib. Yarımfinal seriyasının ikinci oyunu 9 may tarixində baş tutacaq. Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Entoni Patti - 19 xal, 12 ribaund), "AAAF Xırdalan BK" (Deymon Makdouel - 26 xal, 9 asist)
Qeyd edək ki, pley-off mərhələsində ikinci yarımfinal seriyasının ilk oyunu ("NTD" - "Gəncə") 6 may saat 19.30 -da "Sərhədçi" İdman Mərkəzində keçiriləcək
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı