Skopye-2025: Badmintonçumuz ikinci oyunda da məğlub oldu
22 iyul 2025 - 12:25 619
Badmintonçumuz Viktoriya Kumanyayeva Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalında növbəti oyununu keçirib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, Skopyedəki Nevana Georgieva - Dunya adına ibtidai məktəbdə keçirilən yarışda idmançımız çexiyalı Ştepanka Nıdrlova ilə qarşılaşıb. G qrupunda ikinci oyununu keçirən idmnaçımız rəqibinə 2:1 (21:18, 9:21, 16:21) hesabı məğlub olub.
İdmançımız Bakı vaxtı ilə saat 17:00-da üçüncü oyununa çıxacaq. Badmintonçumuzun rəqibi Cill Laur Felten (Lüksemburq) olacaq.
Xatırladaq ki, Viktoriya Kumanyayeva ötən gün keçiridiyi ilk görüşdə danimarkalı Diya Mari Çeriyana 2:0 (21:8, 21:14) hesabı ilə uduzmuşdu.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı