Xəbərlər

Süleyman Süleymanlı gümüş medal qazandı

25 aprel 2023 328

Yunanıstanın Rodos şəhərində təşkil edilən şahmat üzrə məktəblilər arasında dünya çempionatına yekun vurulub.
Azərbaycan təmsilçisi Süleyman Süleymanlı 17 yaşa qədər məktəblilərin yarışında dünya çempionatının gümüş medalını qazanıb. Həmyerlimiz 7 xalla yaşıdları arasında ikinci olub. Bu yaş kateqoriyasında 7,5 xal toplayan Adar Tarhan (Türkiyə) qalib adını qazanıb. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala layiq görülüb.
Qeyd edək ki, mötəbər yarışda 51 ölkə iştirak edib.