Taekvondoçumuz Türkiyədə qızıl medal qazanıb
10 mart 2021 1255

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani Türkiyənin İstanbul şəhərində ənənəvi təşkil olunan “Turkish Open”də qızıl medala yiyələnib.
87 kq çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tokio-2020-yə lisenziyanı təmin edən Harçeqani finalda ispaniyalı Daniel Qomesdən güclü olub.
Qeyd edək ki, G1 kateqoriyalı turnirə Azərbaycan millisi 12 idmançı ilə qatılıb. Sayca 8-ci olan yarışda 46 ölkədən 1590 idmançı (böyüklər, gənclər, yeniyetmələr və pumse) mübarizə aparır.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı