Xəbərlər

Tokio-2020 Yay Paralimpiya Oyunlarının məşəli alovlandırılıb

24 avqust 2021 829

Tokio-2020 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib. Açılış mərasimində əvvəlcə müxtəlif kompozisiyalar icra edilib, daha sonra isə Yaponiya bayrağı arenaya gətirilib və dövlət himni səsləndirilib.

 

Ardınca ölkələrin paradı baş tutub. Azərbaycan komandası paraddan 4-cü keçib. Paradda Paralimpiya çempionu, bayraqdar Oloxan Musayev ilə birgə, 13 idmançı və nümayəndə heyətinin 7 üzvü olmaqla, 20 nəfər iştirak edib.

 

Azərbaycanın nümayəndə heyəti parada yaxalarında Azərbaycanın milli mədəniyyət göstəricisi, 44 günlük müharibənin simvoluna çevrilmiş xarı bülbül ilə çıxıblar.

 

Daha sonra yenidən müxtəlif kompozisiyalar yerinə yetirilib. Sonda isə Paralimpiya məşəli alovlandırılıb.