Turan Bayramov da lisenziya yarışına qələbə ilə başladı
07 aprel 2024 1134
Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Sonuncu yarış günündə daha bir sərbəst güləşçimiz mübarizəyə başlayıb. Komandamızın üzvlərindən Turan Bayramov 74 kq çəki dərəcəsində xalça üzərinə çıxıb. Mübarizəyə 1/8 final mərhələsindən başlayan pəhləvanımız isveçrəli Tobias Portmanla qarşılaşıb. Güləşçimiz rəqibini 10:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Xatırladaq ki, daha əvvəl digər sərbəst güləşçilərimizdən Osman Nurmaqomedov (86 kq) 1/8 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) isə 1/4 finala vəsiqə əldə edib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı
