Xəbərlər

U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin fərdi yarışlarına yekun vuruldu

26 yanvar 2023 559

24-26 yanvar tarixlərində Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin fərdi yarışları keçirilib.

Yarışa 97 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 616 (502 oğlan, 114 qız) cüdoçu qatılıb.

Yarışın sonuncu günündə qızlar arasında -44 kq., -57 kq. və +70 kq. çəki dərəcələrində, oğlanlar arasında isə -55 kq., -73 kq. və +90 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.

Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbi, 2-ci yerə Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi, 3-cü yerə isə Sumqayıt şəhər 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi layiq görülüb. 33 komanda müxtəlif əyarlı medal qazanıb.

Qaliblərin siyahısını təqdim edirik:

-36 kq. 
1. Nurcahan Səlimova 

-40 kq.
1. Xədicə Abdullayeva
2. Nigar Məmişova
3. Gülşən Hüseynova
3. Dərya Bıkova

-44 kq. 
1. Məryəm Bayramzadə 
2. Nərgiz Şıxməmmədova 
3. Naidə Quziyeva 
3. Aytac Yolçuzadə

-48 kq. 
1. Vüsalə Hacıyeva 
2. Fəridə Mirzəyeva 
3. Nuranə Hacızadə 
3. Ravanə İsfəndiyarova

-52 kq.
1. Xədicə Qədəşova
2. Aytən Verdiyeva
3. Aysun Məmmədova
3. Nərmin Qocayeva

-57 kq. 
1. Fidan Qasımova 
2. Röya Cəfərova 
2. Nilgün Rzayeva 
3. Aliyə Rüstəmova

-63 kq. 
1. Kamilla Töhöliyeva 
2. Mələk Bayramlı 
3. Zəhrə Hüseynova 
3. Həbibə Hüseynzadə

-70 kq.
1. Zeynəbxanım Əsədova
2. Aygün İsmayılova
3. Lalə Yusifova
3. Gülay Süleymanova

+70 kq. 
1. Nuranə Məhərrəmova 
2. Leyli Qurbanova 
3. Nərgiz Vəlizadə

Oğlanlar

-46 kq. 
1. Rüstəm Qasımzadə 
2. Emin Səfərov 
3. Nəcəf Nəsrullayev 
3. Tahir Əlizadə

-50 kq.
1. Əhməd Rüstəmov
2. Rəsul Əliyev
3. Bayram Orucov
3. Telman Abdullayev

-55 kq. 
1. Fərid Qarayev 
2. Mirxaliq İsgəndərov 
3. Həsən Həsənli 
3. Ayxan Mirzəzadə

-60 kq. 
1. Ümüd Qurbanov 
2. Xanəhməd Şərifov 
3. Məhəmməd Musayev 
3. Kənan Sadıqov

-73 kq. 
1. Süleyman Şükürov 
2. Mehdi Abbasov 
3. Allahverdi Səmədov 
3. Əbil Yusubov

-66 kq.
1. Murad Allahverdiyev
2. Emil Hüseynzadə
3. Əmir Kəlbixanov
3. Mehdi Cəfərov

-81 kq. 
1. Əli Qazıməmmədov
2. Hüseyn Hüseynov
3. Kənan Quliyev 
3. Hüseyn Eyvazlı


-90 kq.
1. Tuncay Şamil
2. Davud Namazlı
3. Sübhan Axundov
3. Orxan Əhmədzadə

+90 kq. 
1. Ramazan Əhmədov 
2. Rəsul Səmədli 
3. Eldar Əliyev 
3. Əliyar Bayramlı