Üçüncü Avropa Oyunlarında iştirak edəcək atletika üzrə millimizin heyətində məcburi dəyişikliklər edilib
17 iyun 2023 708

Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək atletika üzrə Azərbaycan milli komandasının heyətində məcburi dəyişikliklər edilib.
Azərbaycan Atletika Federasiyasına istinadla xəbər verir ki, uzunluğa tullanma yarışlarında ölkəmizi təmsil etməli olan Nazim Babayev zədə səbəbindən yarışa qatıla bilməyəcək. İdmançı ötən həftə keçirilən Əməkdar məşqçi Əfqan Səfərovun beynəlxalq memorialında zədələnib. Müayinədən sonra atletin Avropa Oyunlarında çıxışı məqsədəuyğun hesab edilməyib.
Onu Avropa Oyunlarında Kəsgin Abbaszadə əvəz edəcək. Son ölkə çempionatında yalnız N.Babayevdən geri qalan K.Abbaszadə 7,83 metr göstərici ilə U-20 və U-23 Azərbaycan rekorduna sahib çıxıb.
Bundan başqa, Əlhəm Nağıyev də eyni səbəbdən heyətdən kənarda qalıb. Polşada 100 və 200 metr məsafələrə qaçışda Aleksey Əliəkbərov mübarizə aparacaq.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı