UEFA Azərbaycan klublarına 23 milyon ödəyib
02 aprel 2024 1021
UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait açıqlanıb.
Bu barədə AFFA-nın hesabatında bildirilib.
Bildirilib ki, Avropa futbol qurumu ümumilikdə klublarımıza 23 milyon 222 min 116 manat ödəyib.
Bunlardan 15 milyon 197 min 96 manatı “Qarabağ”a, 2 milyon 196 min 52 manatı “Neftçi”yə, 1 milyon 951 min 89 manatı “Sabah”a, 1 milyon 587 min 66 manatı “Qəbələ”yə, 696 min 264 manatı “Zirə”yə, 569 min 991 manatı “Sumqayıt”a, 515 min 674 manatı “Şamaxı”ya, 508 min 884 manatı “Səbail”ə verilib.
Qeyd edək ki, klubların Çempionlar Liqası və Avropa Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq Milli Assosiasiya tərəfindən klubların hesabına köçürülüb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı