UFC Bakıda keçiriləcək doqquzuncu döyüşü də rəsmən açıqladı
07 may 2025 324

UFC iyunun 21-də Bakıda keçiriləcək yarış üçün doqquzuncu döyüşü rəsmən açıqlayıb.
"Baku Crystal Hall"da keçiriləcək gecədə Azərbaycan təmsilçisi Rafael Fiziyevin oktaqona çıxacağı UFC-nin rəsmi saytında elan edilib.
O, əsas kartda final döyüşündən öncə çilili İqnasio Bahamondeslə qüvvəsini sınayacaq.
Tezliklə yarışa daha iki və ya üç döyüş əlavə olunacaq
"Baku Fight Night"da baş tutacaq döyüşlər:
Əsas kart:
Yarımağır çəki: Camal Hill (12-3, ABŞ) - Xalil Rauntri Junior (14-6, ABŞ);
Yüngül çəki: Rafael Fiziyev (12-4, Azərbaycan) - İqnasio Bahamondes (17-5, Çili);
Yüngül çəki: Nazim Sadıxov (10-1, Azərbaycan) - Nikolas Motta (15-5, Braziliya);
Ən yüngül çəki: Taqir Ulanbekov (16-2, Rusiya) - Kiodji Horiquçi (18-2, Yaponiya);
Ağır çəki: Kurtis Blaydes (18-5, ABŞ) - Rizvan Kuniyev (12-2, Rusiya).
İlkin kart:
Orta çəki: İsmayıl Naurdiyev (24-7, Mərakeş) - Park Jonq Yun (18-6, Cənubi Koreya);
Ağır çəki: Hamdi Abdelvahab (6-0, Misir) - Mohammed Usman (11-4, Nigeriya).
Qadınlar
Yarımyüngül çəki: İrina Alekseyeva (5-2, Qazaxıstan) - Klaudiya Siqula (6-2, Polşa);
Yarımyüngül çəki: Melissa Mullins (7-1, İngiltərə) - Darya Jeleznyakova (7-1, Rusiya).
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı