Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Paris Olimpiadasına lisenziya qazandı
05 aprel 2024 627
Bakıda keçirilən güləş uzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Yarışların birinci günündə Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçi Pərviz Nəsibov yarımfinal görüşünə çıxıb.
67 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı finala vəsiqə uğrunda görüşdə Macarıstan təmsilçisi Kristian Vantsa ilə qarşılaşıb.
Rəqibinə qalib gələn P.Nəsibov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı