UNESCO Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin “Fit for Life” təşəbbüsü üçün ən yaxşı loqo müsabiqəsinə start verib
06 may 2023 840

UNESCO Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin “Fit for Life” təşəbbüsü üçün ən yaxşı loqo müsabiqəsinə start verib. Layihənin əsas məqsədi daha çox insanı idmana cəlb etmək və onların yaradıcılığını genişlətməyə imkan yaratmaqdır. UNESCO Sosial və Humanitar Elmlər bölməsinin həyata keçirdiyi müsabiqədə azərbaycanlı mütəxəssislər də iştirak edə bilərlər.
Müsabiqənin qalibi Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin bu il iyunun 26-29-da Bakıda keçiriləcək Beynəlxalq Konfransında (MINEPS VII) elan olunacaq.
Müsabiqənin şərtləri və loqonun texniki xüsusiyyətləri ilə bağlı ətraflı məlumatı aşağıda qeyd olunan link vasitəsilə əldə edə bilərsiniz:
https://bit.ly/3VAsn9r
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı