Xəbərlər

Voleybol məşqçilərinin kursu üzrə diplomlar təqdim olunub

20 sentyabr 2019 529

Bu gün Dərnəgül Arenasında Voleybol idman növü üzrə məşqçilərim texniki təlim kursunun başlanış mərasimi keçirildi. Proqram 16-20 sentyabr 2019-cu il tarixlərini əhatə edərək Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun, Beynəlxalq Voleybol Federasiyasının dəstəyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə həyata keçirilmişdir.

Nəzəri və praktiki hissədən ibarət olan təlim kursunu uğurla başa vurmuş məşqçiləri təltif etmək üçün Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri Əbülfəz Hüseynov, Milli Olimpiya Komitəsinin İdman idarəsinin rəisi Həsənağa Rzayev, AzərReyl Voleybol Klubunun prezidenti Fərid Xəlilov, Azərbaycanda yerləşən Regional Voleybol İnkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova və təlimin müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Dan İllie Girleanu dəvət olunub.

Layihənin əsas məqsədi beynəlxalq dərəcəli voleybol məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Voleybol Federasiyasının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi tərəfindən keçiriləcəkdir və uğurla bitirmiş məşqçilər sertifikatllarla təltif olunacaqlar. Layihədə Türkiyə, İran, Qazaxıstan, Kipr və Azərbaycan iştirak edən ümumilikdə 30 məşqçi “Level 2” təlim kurslarına yiyələnmək üçün iştirak etmişdir və hər bir iştirakçı uğurla proqramı bitirmişdir. Xatırladaq ki, Milli Olimpiya Komitəsi artıq bir neçə dəfə məşqçilərin bilik və bacarıqlarını artırmaq üçün voleybol, velosiped, badminton və digər idman nözləri üzrə Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəylik Fondunun və müvafiq Beynəlxalq İdman Federasiyalarının dəstəyi ilə kurslar həyata keçirir.