Voleybol üzrə qadın və kişilər arasında Azərbaycan çempionatlarında növbəti final oyunlarının vaxtları bəlli olub
12 aprel 2023 1026

Aprelin 13-də kişi voleybolçuların Yüksək Liqasında ikinci bürünc medal və final matçları baş tutacaq. Çempionluq üçün yarışan "Xarı bülbül" və "Murov" komandaları saat 16:00-da, üçüncülük uğrunda mübarizə aparan "Neftçi" və MOİK klubları isə iki saat sonra meydana çıxacaqlar. Birincilərin ilk qarşılaşmasında "Murov" 3:1, ikincilərdə isə "Neftçi" 3:0 hesabı ilə qələbə qazanaraq üstünlük əldə ediblər.
Qadın voleybolçuların növbəti üçüncülük uğrunda və final matçları aprelin 14-də keçiriləcək. İlk olaraq "Abşeron" və "Azərreyl" çempionluq yolunda yarışacaqlar. Görüş saat 15:00-da start götürəcək. Ardınca isə bürünc mükafatçını müəyyənləşdirməyə çalışan UNEC və "Murov" kollektivləri meydana çıxacaqlar. Bu komandaların ilk qarşılaşmaları bu gün baş tutacaq.
Qeyd edək ki, Yüksək Liqaların reqlamentinə əsasən komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə dördüncü və beşinci qarşılaşmalar təşkil olunacaq.
Yüksək Liqa (kişilər)
Final və bürünc medal uğrunda
13 aprel
2-ci oyunlar
16:00 "Murov" - "Xarı bülbül" (CBC sport-canlı)
18:00 MOİK - "Neftçi"
Yüksək Liqa (qadınlar)
Final və bürünc medal uğrunda
14 aprel
2-ci oyunlar
15:00 "Abşeron" - "Azərreyl"
17:00 UNEC - "Murov"
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı