Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyi başa çatıb
17 yanvar 2022 1276
.jpeg)
14-16 yanvar 2022-ci il tarixlərində Azərbaycan Cüdo Federasiyasının Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə keçirdiyi U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 76 rayon və şəhərdən olan klub, cəmiyyət və idman təşkilatlarından gənclər iştirak edib. Nəticələrə əsasən, 25 komanda müxtəlif əyarlı medal qazanıb, onlardan da 13-ü regionları təmsil edib.
Ümumilikdə Azərbaycan birinciliyi üzrə yarışlarda 514 idmançı (439 oğlan, 75 qız) medallar uğrunda mübarizə aparıb. Yarışın son nəticəsinə görə, ümumi komanda hesabında 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (Bakı şəhəri) 1-ci yerə, “Neftçi” İdman Klubu 2-ci yerə, 1 nömrəli Təhsil Respublika İdman Mərkəzi Sumqayıt isə 3-cü yerə layiq görülərək müvafiq kubok və diplomlarla təltif olunublar.
Yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədləri yığma komandaya seçmək idi.
Yarışlara ilk dəfə paytaxt Bakı istisna olmaqla, 34 müxtəlif regiondan olan idmançılar qatılıblar.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı