Yeniyetmələrin Olimpiya Oyunları-2026-nın keçiriləcəyi yerlər təsdiqlənib
19 may 2025 1227
Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin Olimpiya Oyunları-2026 üzrə BOK Koordinasiya Komissiyasının iclası olub.
Üç klasterə bölünən olimpiya obyektlərinin siyahısı nəhayət təsdiqlənib.
Dakarda müxtəlif arenalarda üzgüçülük, 3x3 basketbol, breykdans, beysbol, skeytbordinq, reqbi-7, atletika, boks, minifutbol, ağırlıqqaldırma, tennis, karate, atıcılıq, sörfinq, qayayadırmanma, otüstü xokkey, qolf, müasir beşnövçülük və kanoe idman növləri üzrə turnirlər keçiriləcək.
Şosse velosipedi yarışı da şəhərin tarixi hissəsində baş tutacaq. Atçılıq idmanı, kamandan oxatma, badminton, minifutbol, qılıncoynatma, taekvondo, stolüstü tennis, uşu, bədii gimnastika və cüdo üzrə yarışlar Dakar ətrafında yerləşən Diamniadio şəhərindəki atletlər kəndində, həmçinin orada yerləşən stadionlarda olacaq.
Sali şəhərində isə sörfinq, avarçəkmə, çimərlik voleybolu, çimərlik həndbolu, çimərlik güləşi və triatlon üzrə turnirlər keçiriləcək.
Qeyd edək ki, Yeniyetmələrin Olimpiya Oyunları-2026 gələn il oktyabrın 31-dən noyabrın 13-dək Seneqalda keçiriləcək. Oyunlarda yaşı 17-dən aşağı olan idmançılar iştirak edəcəklər.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı