Zemfira Meftahətdinova: Hər kəsi idmanla məşğul olmağa dəvət edirəm
05 mart 2024 468

Hər kəsi idmanla məşğul olmağa dəvət edirəm. Əgər insan sağlam yaşamaq istəyirsə, özünə daim qulluq etməli, pis vərdişlərdən uzaq durmalıdır.
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının (ATF) vitse-prezidenti Zemfira Meftahətdinova deyib.
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edən Z.Meftahətdinova idmanın insan həyatı üçün böyük önəm kəsb etdiyini bildirib: “Dövlət tərəfindən də hər zaman idmana böyük qayğı göstərilib. İdmançılarımızı təbrik edirəm. Bu il, həmçinin Olimpiya ilidir. Ümid edirəm ki, 2024-cü il Azərbaycan idmançıları üçün düşərli olacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
Bənzər xəbərlər
Azərbaycan millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki ... Ətraflı

Azərbaycan millisi Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 3 qızıl medal qazanıb
Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan ... Ətraflı