Xəbərlər

"Zirvə Astara" ardıcıl üçüncü qələbəsini qazanıb 

19 aprel 2023 277

19 aprel "Sərhədçi" İdman Mərkəzində, 27-ci turun açılış oyunu baş tutub. Play-off 'dan kənarda qalmış "Neftçi" və "Zirvə Astara" komandalarının üz-üzə gəldiyi oyunun yekununda, Şəhriyar Əsgərovun rəhbərlik etdiyi "Zirvə Astara" basketbolçuları rəqibləri üzərində 103-90 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular:  "Neftçi İK" (Zaur Quşanov - 27 xal, 9 ribaund), "Zirvə Astara BK" (Cerret Henderson - 32 xal, 8 ribaund)

Qeyd edək ki, turun digər oyunları ( "Sərhədçi" - "Sabah", "Gəncə" - "NTD", "Olimpik Şəki" - "AAAF Xırdalan" ) 20, 22 və 23 aprel tarixlərində baş tutacaq