Azərbaycan üzgüçüsü Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında start götürəcək
01 noyabr 2026 - 22:29 36
Noyabrın 2-də Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvü Məryəm Cavadova Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Təmsilçimiz 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında qüvvəsini sınayacaq. Yarışlara Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
Qeyd edək ki, Azərbaycan komandası Dakar-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Dakar, Diamniadio və Salidə təşkil olunan Oyunlara noyabrın 13-də yekun vurulacaq.
Bənzər xəbərlər
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının ... Ətraflı
Azərbaycan komandasının ilk idmançısı Dakar-2026-da mübarizəyə başlayır
Bu gün Azərbaycan komandasının ilk idmançısı Dakar-2026 Yeniyetmələrin IV Yay ... Ətraflı