Dakar-2026: Medal sıralaması
01 noyabr 2026 - 22:04 37
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir.
Olympic.az saytının verdiyi məlumata görə, yarışın ilk günündən sonra Argentina 1 qızıl və 1 bürünc medalla medal sıralamasında liderdir.
Azərbaycan, Ekvador, Misir, Yeni Zelandiya, Rusiya, Türkiyə və Ukrayna hərəyə bir qızıl medal qazanaraq 2-ci yeri bölüşdürürlər.
-55 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İbrahim Talıbov Azərbaycan komandasına Dakar-2026-nın ilk qızıl medalını qazandırıb.
Noyabrın 13-dək davam edəcək Dakar-2026-da Azərbaycan komandası 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının ... Ətraflı
Azərbaycan komandasının ilk idmançısı Dakar-2026-da mübarizəyə başlayır
Bu gün Azərbaycan komandasının ilk idmançısı Dakar-2026 Yeniyetmələrin IV Yay ... Ətraflı
