Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında birinci yeri tutan İbrahim Talıbov mükafatlandırılıb
01 noyabr 2026 - 21:28 38
Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində cüdo yarışlarında medal qazanan idmançıların mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə -55 kq çəki dərəcəsində Azərbaycan cüdoçusu İbrahim Talıbova Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qızıl medalı təqdim olunub.
Qeyd edək ki, 1/4 finaldan başlayan cüdoçumuz ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırıb. Daha sonra cüdoçumuz finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına Dakar-2026-nın ilk qızıl medalını qazandırıb.
Noyabrın 13-dək davam edəcək Dakar-2026-da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının ... Ətraflı
Azərbaycan komandasının ilk idmançısı Dakar-2026-da mübarizəyə başlayır
Bu gün Azərbaycan komandasının ilk idmançısı Dakar-2026 Yeniyetmələrin IV Yay ... Ətraflı





