Adil Kazımlı: “Belə mötəbər yarışda Azərbaycanı təmsil etmək xüsusi əhəmiyyət daşıyır”
29 oktyabr 2026 - 15:01 32
“Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək mənim üçün böyük məsuliyyətdir”.
Bu sözləri müsahibəsində Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının taekvondoçusu Adil Kazımlı (-73 kq) deyib.
Gənc idmançı Oyunlara hazırlıq prosesindən və qarşıdakı yarışla bağlı hədəflərindən danışıb.
“2024 və 2025-ci illərdə Azərbaycan çempionu olmuşam. Bundan əlavə, 2026-cı ildə Qazaxıstanda keçirilən beynəlxalq yarışda üçüncü yeri tutmuşam. Bu nəticələr mənim üçün mühüm təcrübə olub və qarşıdakı yarışlara daha böyük motivasiya ilə hazırlaşmağıma kömək edib.
Yeniyetmələrin Yay Olimpiya Oyunları kimi mötəbər yarışda Azərbaycanı təmsil etmək mənim üçün həm böyük məsuliyyət, həm də xüsusi əhəmiyyət daşıyır. Hazırlıq prosesimiz artıq yekunlaşmaq üzrədir və yarışa ciddi şəkildə hazırlaşmışıq. Qarşıya qoyduğumuz məqsədə çatmaq üçün bütün gücümüzü ortaya qoyacağıq.
İnanıram ki, Dakarda uğurlu nəticə qazanaraq ölkəmizi layiqincə təmsil edəcəyik. Əsas istəyim Vətənə qələbə ilə qayıtmaq və Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır”, – deyə Adil Kazımlı bildirib.
Bənzər xəbərlər
Emin İskəndərov: “8 il sonra yenidən eyni uğuru təkrarlamaq istəyirik”
“Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əsas məqsədimiz yüksək nəticə qazanmaqdır”.
Bu sözləri cüdo ... Ətraflı
İbrahim Talıbov: “İnanıram ki, Dakarda uğurlu çıxış edəcək və bayrağımızı yüksəklərə qaldıracağam”
“Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əsas məqsədim uğurlu nəticə qazanmaqdır”.
Bu sözləri Dakar-2026 ... Ətraflı