Xəbərlər

Tunar Quliyev: “Əsas məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir”

29 oktyabr 2026 - 12:37 18

“Yeniyetmələrin Yay Olimpiya Oyunları idman karyerama böyük təkan verəcək”.

 

Bu sözləri müsahibəsində Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının çimərlik güləşçisi Tunar Quliyev deyib.

 

Gənc idmançı yarışa hazırlıq prosesinin yaxşı keçdiyini və komanda üzvlərinin qarşıdakı məsuliyyətli yarışa ciddi yanaşdıqlarını bildirib.

 

“Yarışlara hazırlığımız yaxşı keçir. Məşqçilərimizin rəhbərliyi altında təşkil olunan təlim-məşq toplanışlarında iştirak edirik. Məşqlərimiz yüksək səviyyədə təşkil olunub və hər birimiz hazırlıq prosesinə ciddi yanaşırıq. Hazırda özümüzü yaxşı formada hiss edirik və yarışa böyük həvəslə hazırlaşırıq. Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etmək hər birimiz üçün böyük təcrübə olacaq. Əsas məqsədimiz ölkəmizi layiqincə təmsil etmək və uğurlu nəticə qazanmaqdır. İnanıram ki, Dakarda yaxşı çıxış edəcəyik. Ümid edirəm ki, yarışdan qızıl medalla qayıdaraq Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq”, – deyə Tunar Quliyev bildirib.